Mayın 1-dən qaz istehlakının limiti artırılır

Mayın 1-dən qaz istehlakının limiti artırılır

Mayın 1-dən Azərbaycanda əhali üçün təbii qaz istehlakının limiti artırılır. Bu qərarı aprelin 30-da Tarif Şurası qəbul edib.

Mayın 1-dən əhali kateqoriyasına daxil olan abonentlər il ərzində 2200 kubmetrədək qaza görə 0,1 manatdan (0, 058 dollar) ödəyəcəklər. Bundan əvvəl əhali həmin tarif üzrə ildə 1700 kubmetrədək həcmə görə ödəyirdi.

Hər kubmetr qaz üçün limitin həddi əvəlkitək 0,2 manat (0,12 dollar) olacaq.

Tarif Şurası bu qərarı limitin artırılması ilə bağlı prezident İlham Əliyevin təklifini öyrəndikdən sonra qəbul edib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustfauev bildirib.

Nazirin sözlərinə görə, bundan sonra əhali kateqoriyasından 85%-ə yaxın istehlakçı limit civarında qaz istehlak edə biləcək.

Mayın 1-dən sayğaclar sıfırlanacaq və yeni illik limitin hesablanması başlayacaq, nazir qeyd edib.

Facebook