Maşının qabağını kəsib söyüş söyən saxlanıldı

Bakıda hərəkət zamanı digər avtomobilin qarşısını kəsərək sürücüyə xəsarət yetirən şəxs saxlanılıb. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki,  99-RZ-878 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Suraxanı RPİ 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: "Müvafiq sənədlər toplanılır, şikayətçinin və qeyd edilən şəxsin izahatları alınıb. Şikayətçinin vurulması iddiasına görə xəsarətin müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub. Çox güman ki, yekunda sənədlər məhkəməyə göndəriləcək və bu işlə bağlı qərarı məhkəmə verəcək". 

Qeyd edək ki, hadisə barədə videogörüntüləri avtosfer.az saytı yayıb.