MAQATE -nin baş direktoru ABŞ -ın dövlət katibi Blinkenlə görüşdü: Əsas diqqət İrana yönəlib

MAQATE-nin baş direktoru ilə görüşdə ABŞ dövlət katibi İranın nüvə fəaliyyətinin izlənilməsində MAQATE-nin mühüm rola malik olduğu üçün bu ikitərəfli danışıqların mərkəzinin İranın olacağını söylədi.
Operativ.tv xəbər verir ki, Fars Xəbər Agentliyinin məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi çərşənbə axşamı səhər ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.
İran və Şimali Koreya da daxil olmaqla bir çox mövzunu müzakirə etmək üçün Vaşinqtona gedən Qrossi, dövlət katibi olaraq Blinkenlə ilk görüşündə sıx bir gündəmə sahib olacağını söyləyib.
"ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyinin işini qəti şəkildə dəstəkləyir", - deyə Blinken mətbuata verdiyi qısa müsahibədə bildirib.
 "Beynəlxalq sülhün və sabitliyin qorunmasına kömək etmək çox vacibdir." –deyə o bildirib.
Blinken əlavə edib ki, "MAQATE İranın nüvə fəaliyyətinin izlənilməsində çox aydın və əhəmiyyətli bir rola malikdir və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinə töhfə verməkdə mühüm rol oynayır."