"Mançester Siti" "Liverpul"u 1 xal qabaqlayaraq liderliyə yüksəlib

Bu gün İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində "Mançester Siti" "Uotford"un qonağı olub.

Trend-in məlumatına görə, oyun qonaqların 1:3 hesablı qələbəsi ilə yükunlaşıb.

"Mançester Siti"nin heyətində qolları Rəhim Sterlinq (4-cü dəqiqə) və Bernardu Silva (31 və 63) vurublar. Meydan sahibi komandasının yeganə qolunu isə 74-cü dəqiqədə Kuço vurub.