"Mançester Siti" İngiltərə millisinin üzvü ilə 48 milyon avroluq müqavilə imzalayıb

“Mançester Siti" "Lids"in yarımmüdafiəçisi Kalvin Fillipsi transfer etdiyini açıqlayıb.

Operativ.tv SalamNews- istinadən xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb. İngiltərə millisinin üzvü "şəhərlilər"ə 48,7 milyon avroya başa gəlib. Müqavilə 6 il müddətinə imzalanıb. Kalvin yeni klubunda 4 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, 2014-cü ildən "Lids"də çıxış edən futbolçu ümumilikdə 233 oyuna 13 qol vurub, 14 məhsuldar ötürmə edib.