Malinin şərqində terror hücumu nəticəsində 31 mülki şəxs həyatını itirib

Afrika ölkəsi Malinin şərqində terrorçular bir avtobusu hədəfə alıblar. 31 mülki şəxs həyatını itirib.

SalamNews Reuters-ə istinadla xəbər verir ki, bu barədə Malinin Mobti bölgəsində yerləşən Bankass şəhərinin bələdiyyə mənbələri məlumat veriblər.

Şəhərin bələdiyyə sədr Moulaye Guindonun verdiyi məlumata görə bazara yollanan avtobusa naməlum silahlılar amansız hücum ediblər.

Hücum nəticəsində 31 mülki şəxs həyatını itirib.

Bu hücumda daha zəkkiz nəfər yaralanıb.

Hələ bu hücumu heç bir qrup üzərinə götürməyib.