Malinin cənubuna hücum edildi - 21 ölü

İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən silahlı döyüşçülər həftə sonu Malinin cənubuna hücum edib. 

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, ordunun rəsmi məlumatına görə, hücum nəticəsində 17 əsgər və 4 mülki vətəndaş öldürülüb.

Qeyd olunub ki, strateji sərhəd zonasında yerləşən Tessit şəhəri yaxınlığına edilən hücum nəticəsində 9 əsgərin də itkin düşdüyü, maşın və avadanlıqların məhv edildiyi bildirilib.

Əlavə edilib ki, Mali qüvvələri ən azı yeddi döyüşçünü öldürüb.