Mahmud Abbas ABŞ konsulluğunun Qüdsdə açılmasını tələb edib

 Fələstin Muxtariyyətinin lideri ABŞ-ı verdiyi vədi yerinə yetirməyə çağırıb.

SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, Mahmud Abbas ötən günkü çıxışında ABŞ-ın Fələstin üzrə konsulluğunun tez bir zamanda məhz Qüdsdə açılmasını istəyib.

O eyni zamanda Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəliyinin yenidən açılmasını da tələb edib.

Qeyd edək ki, ABŞ hökuməti bundan öncə elan edib ki, Fələstin üzrə konsulluğunu Qüdsdə açacaq. Lakin İsrail buna icazə verməyəcəyini bildirib.

Xatırladaq ki, sabiq ABŞ hökuməti Qüdsü İsrailin paytaxtı elan edib və Təl-Əvivdəki səfirliyini Qüdsə köçürüb, eləcə də Vaşinqtondakı FAT-ın nümayəndəliyini də bağlayıb.