Mahaçqalada partlayış olub - 3 nəfər ölüb

Mahaçqalada partlayış olub - 3 nəfər ölüb

Mahaçqalada tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yanıq xəsarətləri alıb. 
 
Bu barədə RİA "Novosti” xəbər yayıb. 
 
Tankerin göyərtəsində ümumilikdə 12 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər xəsarət alanlardan birinin vəziyyətini çox ağır kimi qiymətləndirirlər. Onun bədəninin 95 faizi yanıb.
 
Partlayış nəticəsində xəsarət alan 5 nəfərdən 2-si xəstəxanaya yerləşdirilib, 3-nün axtarışları davam edir.
 
İtkin düşən 1 nəfərin axtarışları davam edir.
 
Partlayışa səbəb kimi ilkin səbəb neft məhsullarının ötürülməsi zamanı yaranmış qaz qapanması göstərilir.
 
Hadisə ilə bağlı araşdırma aparılır. 

Facebook