Lukashenko Rusiyaya Belarusun tərkibinə daxil olmağı təklif edib

Belarus prezidenti Aleksandr Lukashenko zarafata Rusiyaya Belarusun tərkibinə daxil olmağı təklif edib.

 

Bu barədə o, "Exo Moskva"nın müxbirinə bildirib. 

 

"Siz ümumi prezident və ümumi seçki istəyirsinizsə, onda Belarusun tərkibinə daxil olun. Yalniz Belarusun Rusiya tərkibinə daxil olmağından danışmaq ədalətsizdir", - Belarus lideri vurğulayıb.

 

Lukaşenkonun sözlərinə görə, bunun əleyhinə nə ruslar qarşı çıxacaq, nə də belaruslar. 

 

"Niyə siz bizi Rusiya tərkibinə daxil olmağa çağırırsız, lakin özünüz bu barədə düşünmürsüz", - gülərək Belarus prezidenti qeyd edib.