Lukaşenkodan dünyaya koronavirus eyhamı: "Gedin öyrənin!"

Aleksandr Lukaşenko: “Gedin, öyrənin!”

Belarus Prezidenti Aleksandr Lukaşenko ciddi məhdudlaşdırıcı tədbirlər olmadan koronavirusla mübarizə apara bildiyi üçün Belarusa həsəd aparıldığını deyib.

"MediaPost"un məlumatına görə, bu barədə ONT telekanalı xəbər yayıb.

Dövlət başçısının sözlərinə görə, Belarus dünyada bu yolu seçən yeganə ölkədir.

O, insanları virusa yoluxma riski ilə əlaqədar narahat olmamağa çağırıb:

“Kim xəstələnsə, sağaldacağıq. Müalicə edəcəyik. Bu barədə narahat olmayın. Bunu bacarırıq… Bu gedişlə biz bütün dünyaya “Gedin, öyrənin!” deyəcəyik”.