Lukaşenko: Rusiya böyük qardaşlıq eləsin, bizi `çürütməsin`

Lukaşenko: Rusiya böyük qardaşlıq eləsin, bizi `çürütməsin`

Belarus lideri Aleksander Lukaşenko, Minskin Moskva ilə problemlərinin olmasına baxmayaraq, rusların Belarusa qarşı əla münasibəti olduğunu bildirib və Rusiyanı qardaş ölkəni çürütməməyə çağırıb. FaktXeber.com-un məlumatına görə, bu barədə Belta xəbər verib.

 

“Belarusiyalılar böyük qardaşımıza xəyanət etməyə imkan verməzlər. Ancaq biz böyük qardaşdan böyük qardaş olmasını tələb edirik. Beləliklə, onlar bizi çürütməsinlər, əyməsinlər, çətin anlarda isə bizə dəstək olsunlar”, - deyə Belarus lideri bildirib.

 

Lukaşenko, həmçinin Minskin çoxvektorlu siyasət yürütməyə davam edəcəyini söyləyib.

 

“Biz həm Şərqə, həm də Qərbə baxmalıyıq. Yeri gəlmişkən, Rusiya bizi heç nədə tənqid edə bilməz. Onların hətta qartalı ikibaşlıdır - o, həm ora, həm də bura baxır. Bizə də heç kim müxtəlif istiqamətlərə baxmağı qadağan edə bilməz", - deyə o, bəyan edib.

 

Bundan əlavə, Lukashenko Belarusun Rusiya və ya Ukrayna ilə birlikdə olimpiada keçirə biləcəyini söyləyib.

 

Qeyd edək ki, Belarusiya Prezidenti Minskin şimal marşrutu boyunca - Polşa və Baltikyanı ölkələr üzərindən neft idxalına başlamaq imkanının olduğunu da söyləyib və Rusiyaya "insan kimi" razılaşmağı təklif edib.

 

“Şimal marşrutu üzərində işləyirik. Mən birbaşa Rusiya hakimiyyətinə dedim. Polşa, Baltikyanı ölkələr vasitəsilə. Tərəqqi var. Ancaq Polşa üzərindən neft tədarükünə başlasaq, onda Rusiya neftinin ixrac olunduğu Drujba neft boru kəmərinin iki qolunu götürəcəyik. Ruslar üçün bu lazımdırmı? Xeyr. Yaxşı, onda gəlin insan kimi razılaşaq və əlimizdən gələnin ən yaxşısını edək", - deyə Lukaşenko bildirib.

 

O qeyd edib ki, "Lukashenko Qərbə tərəf döndü" deməyə ehtiyac yoxdur, çünki orada heç kim onu gözləmir.

 

“Orda Lukaşenkoya ehtiyac yoxdur. Əslində Rusiyaya da çox lazım deyil. Sadəcə qardaş xalqlarımız var. Buna görə hesablaşmaq məcburiyyətindəyik ", - deyə o, əlavə edib.

 

Bundan əlavə, Lukashenko Rusiyanın Belarusa təsir edən Çernobıl qəzası üçün "münasib qiymətə" 10-15 milyard kubmetr qaz tədarük etməklə respublikaya kömək edə biləcəyini söyləyib.

Facebook