Lukaşenko Belarusun Ukraynaya hücum etməyəcəyini deyib

Düşünməyin ki, mənim Ukraynaya hücum etmək, Belarus ərazisindən onu bombalamaq və s. fikirlərim var. Sizin və bizim uşaqların müharibədə döyüşməsi kimi bit fikrim yoxdur.

Operativ.tv APA-ya  Belarusun BELTA agentliyinə istinadən xəbərinə görə bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O, Rusiyaya qarşı hazırda Ukraynanın deyil, bütün NATO blokunun müharibə apardığını deyib.

Lukaşenko ABŞ-ın Polşa vasitəsilə Ukraynaya hərbi yardımına görə müharibənin qısa zamanda başa çatmadığını xatırladıb.