Luiş Nani özünü Türkiyə klubuna təklif edib

Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Luiş Nani yenidən Türkiyədə oynamaq istəyir.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu sabiq komandası “Fənərbaxça”ya qayıtmaq arzusundadır.

35 yaşlı hücumameyilli oyunçu öz xidmətini İstanbul təmsilçisinə təklif edib. Üç il formasını geyindiyi MLS təmsilçisi “Orlando Siti”dən yenicə ayrılan Nani hazırda azad agent statusu daşıdığından, onun “sarı-lacivərdlilər”ə keçməsi problem olmamalıdır. Sadəcə, rəhbərlik bu keçidə razılıq verməlidir.

Qeyd edək ki, Luiş Nani 2015/16 mövsümündə “Fənərbaxça”nın formasını geyinib.