Lotu Qulinin qohumunu yaralayan `qanuni oğru` saxlanılıb

İstanbulda kriminal aləmdə Kvejoviç kimi tanınan Quram Çixladze saxlanılıb. Bu barədə Praym Kraym yazıb. 

 

Məlumatda bildirilir ki, o, Azərbaycanın əsas avtoriteti sayılan "Lotu Quli" ləqbli Nadir Səlifovun qardaşı oğlu Maqa Rustavskini bıçaqlamaqda təqsirlidir. 

 

Qeyd edək ki, ötən ilin dekabr ayının 24-də İstanbulunun restaranlarının birində dava baş verib. Həmin resotranda dostları ilə  birlikdə Rustavski də dincəlib. Oraya daxil olan Kvejoviç onu yanına çağıraraq  "qanuni oğru" olmaq istəyib-istəmədiyini soruşub. Rustavski onun sualına müsbət cavab verib. Onda Kvejoviç ondan nə üçün Lotu Quli ilə ilk görüşündə döyüldüyü zaman davaya qarışmadığını soruşub. Rustavski ona sərt cavab verib. Nəticədə Kvejoviç onu yumruqla vurub. Çixladzenin adamı isə onu üstəlik bıçaqlayıb. 

 

Rustavski xəstəxanaya yerləşdirilsə də yarası təhlükəli olmayıb.