London və Brüsseldə İsrail qətli qınandı

Operativ.tv SHAFAQNA TÜRKİYE-yə istinadən xəbər verir ki, media və hüquq müdafiəçiləri Brüssel və Londonda toplaşaraq Əl-Cəzirə kanalının müxbiri Şirin Əbu Aqilənin vəhşicəsinə öldürülməsini pisləyiblər.
İranpressin verdiyi məlumata görə, Böyük Britaniyada bir qrup media və xəbər agentliklərinin işçiləri cümə axşamı Londonda BBC-nin binası qarşısında toplaşaraq Əl-Cəzirə müxbiri Sirin Əbu Aqilənin terrorunu pisləyib.
Belçikanın paytaxtı Brüsseldə də AB-nin baş qərargahı qarşısında keçirilən oxşar aksiyada qətli törədənin ədalət qarşısında cavab verməsi və mühakimə olunması tələb edilib.
Bu arada Fələstinin Tehrandakı səfirliyi qarşısında oxşar aksiyaya qatılanlar şam yandıraraq məzlum Fələstin xalqı ilə həmrəy olduqlarını bəyan ediblər.
Onu da qeyd edək ki, İsrail qüvvələri indiyədək yüzlərlə jurnalisti həbs edib, yaralayıb və ya şəhid edib.