London Beynəlxalq İslam İnsan Haqları Komissiyasından Taleh Bağırzadəyə dəstək

Operativtv.com xəbər verir ki, Qərargahı Londonda yerləşən Beynəlxalq İslam İnsan Haqları Komissiyası Hacı Tale Bağırova verilən işgəncələrə kəskin etirazını bildirib və cinayətkar hesab edilərək həbsdə olan müsəlmanların dərhal azadlığa buraxılmasını tələb edib. Bəyanatda deyilir: “Azərbaycan Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırov islami kimliyinə və fəaliyyətinə görə illərdir həbsdədir. Bağırov bu yaxınlarda yeni həbsxanaya köçürülüb. Bağırov köçürüldüyü həbsxanada ağır işgəncələrə məruz qalıb. İşgəncələrə etiraz olaraq 11 gündür aclıq aksiyası keçirən Tale Bağırov dünya müsəlmanlarından dəstək gözləyir.”