Lənkəran: məsciddən nəzir pullar oğurlanıb

Mayın 13-ü Lənkəran rayonunun Tütəpeştə kəndinin məscidində oğurluq baş verib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, oğurluq anı müşahidə kameralarında qeydə alınıb. Naməlum şəxs nəzir qutusunun kilidini sındıraraq oradan pulları oğurlayıb. İlkin məlumata görə, bu şəxs kənd sakini deyil. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Artıq bir neçə dəfə bu məsciddə oğurluq baş verib. Bu hadisələrdən sonra oğurluğu törədən şəxsin müəyyən edilməsi üçün ibadətgaha müşahidə kameraları quraşdırılıb.

 

Sirat.