Lənkəran axundu müctəhidi təhqir etmə səbəbinə görə bıçaqlandığı deyilir

Sosial mediada geniş müzakirəyə çevrilən Lənkəranın Lüvəsər kənd məscidində axundun bıçaqlanma hadisəsinin yeni detalları üzə çıxıb. Operativ.tv-nin yerli sakinlərə istinadən xəbərinə görə sentyabırın 29-u səhər, sübh namazı qıldıqdan sonra bıçaqlanan kənd axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev məscidə yeni təyin olunmuş imamlardan olub. Təyinatdan sonra məscid inanclıları önündə çıxış edən imam söhbət əsnasında İran siyasəti və müctəhidlər barəsində bəzi xoşagəlməz məqamlara toxunduğu deyilir. Hətta ifadəsinin müctəhid ünvanına təhqirə qədər yüksəldiyi də şahidlər tərəfindən qeyd olunur. Bundan sonra inanclılar və axund arasında mübahisələr yaranıb. Mübahisə edənlərdən biri də kəndin sakini Çingiz Əlizadə olub. Hansı ki, ertəsi gün (sentyabırın 29-u) o, axundu məscidin önündəcə bıçaqla vurub.