Liviyada yeni hökumət başçısı Tripoliyə daxil olduqdan sonra paytaxtda atışma başlayıb

Liviyada parlamentin dəstəklədiyi və yeni formalaşdırılan hökumətin başçısı Fəthi Başağa paytaxt Tripoliyə daxil olub. Vəzifə səlahiyyətləri müddəti bitmiş hökumətin tərəfdarları ilə qarşıdurma başlayıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, parlamentin dəstəklədiyi hökumətin başçısı Fəthi Başağa nazirləri ilə birgə Tripoli hava limanına çatıb.

Eyni zamanda digər bir mülki təyyarə Tripolini tərk edib ki, deyilənlərə görə, həmin təyyarə Əbdül-Həmid Dbeybanın rəhbərlik etdiyi hökumətin rəsmilərini paytaxtdan çıxarıb.

Yeni hökumətin başçısı və nazirləri Tripoliyə gələn zamanda paytaxtda atışmalar başlayıb.

Fəthi Başağanın rəhbərlik etdiyi hökumətin Daxili İşlər naziri İsam Əbu-Zariba sabiq hökumətin rəsmilərinin heç birinin təqib edilməyəcəyi və saxlanılmayacağını bildirib və yeni hökumətin bütün liviyalılara aid olduğunu deyib.