Livanlı din xadimi Samir Sakanı hədəfə aldı

Eastnews.org-un verdiyi xəbərə görə, "Dünya Müqavimət Alimləri" Birliyinin sədri Şeyx Mahir Hammud Beyrutda baş verən son hadisələrə münasibət bildirib.   O, verdiyi açıqlamada vurğulayıb ki, Beyrut şəhərində baş verən son hadisələr müqavimət cəbhəsini daxili müharibəyə çəkmək üçündür.   "Hadisələrin arxasında Samir Sakanın olduğunu gördük. Əslində bu şəxs Livanda fitnə çıxarmaq üçün Səudiyyə Ərəbistanı tərəfindən işə alınıb", - deyə Şeyx Mahir Hammud diqqətə çatdırıb.   Şeyx Mahir Hammud Samir Sakanın qaranlıq keçmişə sahib olduğunu da sözlərinə əlavə edib.