Livanın xarici işlər naziri: Qərblilər suriyalı qaçqınların ölkələrinə qayıtmasının qarşısını alır

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın xarici işlər naziri Qərbin suriyalı qaçqınların ölkələrinə qayıtması ilə bağlı addımına toxunaraq bildirib ki, Qərb ölkələri suriyalı qaçqınların öz ölkələrinə qayıtmasının qarşısını alırlar.   Livanın xarici işlər naziri Abdulla Həbib Qərb ölkələrinin təxribat törətməsindən danışıb.   Livanın xarici işlər naziri bununla bağlı bildirib ki, Qərb ölkələri suriyalı qaçqınların vətənlərinə qayıtmasının qarşısını alır: "Bu ölkələr nəinki qaçqınların geri qayıtmasını dəstəkləmir, hətta qaçqınların öz vətənlərinə qayıtmaması üçün bütün səylərini əsirgəmirlər Aydın görünən odur ki, Qərb dövlətləri Dəməşq hökuməti ilə bağlı mövqelərinə görə qaçqınların vətənlərinə qayıtmasına mane olurlar. Ötən müddət ərzində suriyalı qaçqınların ölkəmizə qayıtması üçün Rusiyanın əməkdaşlığının şahidi olduq".   Bu yaxınlarda Suriyanın xarici işlər naziri Feysəl Miqdad Qərb ölkələrinin Dəməşqə qarşı düşmən münasibətini sərt şəkildə tənqid edib.