Livanda İsrail üçün işləyən casusluq şəbəkəsi çökdürüldü

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Livanın cənubunda sionist İsrailin xarici kəşfiyyat xidməti Mossad üçün işləyən 4 nəfər həbs edilib.
“Əl-Əxbariyyə” qəzetində dərc olunan xəbərdə Livan Daxili İşlər Nazirliyinin bu yaxınlarda həyata keçirdiyi casus əməliyyatı barədə məlumat verilib.
Livanın Daxili Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkənin cənubundakı Əl-Arkub bölgəsində Mossada işləyən 4 nəfər saxlanılıb.
Yanvarda ölkədə 15 nəfərlik casusluq şəbəkəsi çökdürüldüyü bildirilib.