Livanda hökuməti formalaşdırmaq tapşırığı yenidən Mikatiyə verilir

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, mayın 15-də Livanda keçirilən ümumi seçkilərdən sonra yeni hökumətin formalaşdırılması vəzifəsi hazırkı baş nazir Nəcib Mikatiyə verilib.
Prezident Avn, Baabda Sarayında yeni kabineti formalaşdıracaq adı müəyyən etmək üçün Parlamentdəki siyasi qruplarla keçirdiyi məsləhətləşmə görüşlərini tamamladı.
Danışıqlardan sonra Rəyasət Heyətindən verilən yazılı açıqlamada Mikatinin yeni hökuməti qurmaqla vəzifələndirilmək üçün Baabda Sarayına çağırıldığı bildirilib.
2005-2011 və 2021-ci illərdən Livanın baş naziri olan Mikati, Baabda Prezident sarayında keçirilən danışıqlara qatılan 127 üzvdən 54-nün səsini qazanıb.
Deputatlardan 46-sı bitərəf qalıb, 25-i Nevaf Selam, biri keçmiş baş nazir Saad Həririnin, biri isə Rəva Hələbə səs verib.
Tripolidən olan deputat Əşrəf Rifi məsləhətləşmə görüşünü boykot edib.
Mikatiyə əvvəlki hökumətlərin istefası və ölkədə 13 aydır davam edən siyasi böhrandan sonra 2021-ci il sentyabrın 10-da hökuməti qurmaq tapşırığı verilib.