Livan Rusiya şirkətlərini dağıdılmış Beyrut limanını bərpa etməyə dəvət edir

Eastnews.org-un verdiyi xəbərə görə, Livan Beyrut limanının bərpasında rus şirkətlərinin iştirakında maraqlıdır.   Bu barədə Livan Xarici İşlər naziri Abdullah Bu Həbib məlumat verib.   Bu Həbib bazar ertəsi Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.   Nazir tenderin təşkil olunacağını bildirib.   "Rusiya şirkətlərinin bu layihələrdə iştirak etməsi bizim üçün vacibdir", - deyə nazir bildirib.   O, tikintiyə nə vaxt başlanacağını da açıqlayıb. "Bu il yox, başlamayacaq, amma mən hesab edirəm ki, gələn ilin əvvəlində mütləq", - deyə nazir ifadə edib.