Livan parlament seçkilərində

Operativ.tv-yə istinadən Rasthaber-in verdiyi məlumata görə, Livanın Daxili İşlər Nazirliyi parlament seçkilərində iştirakın 41 faiz olduğunu açıqlayıb.
Livanın daxili işlər naziri Bəssam Mövləvi dünən səsvermə prosesi başa çatdıqdan sonra verdiyi açıqlamada iştirak nisbətlərini bəyan edib.
Buna baxmayaraq, Livanın baş naziri Nəcib Mikati, "Bəzi bölgələrdə seçici fəallığı 50 faizi ötüb"-deyə bildirib. 
Nəcib Mikati bu çıxışında “Ümid edirəm ki, yeni parlament seçkilərinin nəticələri Livanı indiki böhrandan çıxaracaq” - deyə vurğulayıb.
2022-ci il mayın 15-də Livan xalqı parlament seçkilərində iştirak edərək dörd il ərzində öz ölkələrinin siyasi taleyini müəyyən etməyə çalışıb.