Livan müftisi: Yəmən müharibəsinin atəşi ərəb paytaxtlarını yandıracaq

Ərəb ölkələrinə müraciət edən Livanın Cəfəri müftisi Yəmən müharibəsinin odunun söndürülməməsi halında ərəb paytaxtlarının yanacağını bildirib.

Livanın Cəfəri müftisi Şeyx Əhməd Kablan Yəmən müharibəsinin şiddətlənməsinə cavab olaraq ərəb ölkələrini müharibənin alovunu söndürmək üçün səy göstərməyə çağırıb. Şeyx Əhməd ərəb hökumətlərinə xitabən deyib: "Ərəb paytaxtları alovlanmadan Yəmənin atəşini söndürün. Yəmənin məğlubiyyətdən daha güclü olduğunu yaxşı bilirsiniz. Ona görə də etdiyiniz işdən əl çəkin və orta yol tapın". Livanlı din xadimi bəyanatını belə davam etdirib: “İslam ümmətinin alimləri Yəməndə baş verənlərə, cinayətlərə, qətllərə və dağıntılara görə cavabdehdirlər və Yəməndə baş verənlər yalnız Təl-Əviv və Vaşinqtonun xeyrinədir."

Səudiyyə koalisiyasının ötən həftə Yəmən şəhərlərinə qanlı hücumları müsəlman ümmətini dərindən sarsıdıb. Yəmən Ordusu və Xalq Komitələrinin Əbu-Dabiyə pilotsuz uçuş aparatları və raket hücumlarından sonra Səna, Əl-Hüdeydə və Səadanın aramsız bombardmanları baş verib. Səudiyyə Ərəbistanının döyüş təyyarələri tərəfindən Yəmənin paytaxtı və ölkənin digər bölgələrinin hər gün bombardman edilməsi Yəmən qüvvələrini cavab verməyə məcbur edir.

Reuters xəbər verir ki, cümə günü Səada və əl-Hüdeydə hücumları Səudiyyə koalisiyasının son iki il yarımdakı ən qanlı hücumları olub.