“Listvyajnaya” şaxtasında ölənlərin sayı 76 nəfərə çatıb

Rusiyada Kemerovo vilayətinin “Listvyajnaya” şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, ölənlərin rəsmi sayı 76 nəfər təşkil edir.

Bölgədəki xəstəxanalarda 64 nəfərin müalicəsi davam etdirilir.

Zərərçəkmişlərdən 4-nün vəziyyətinin ağır, 14 nəfərin orta ağır, 46-nın isə kafi olduğu bildirilir.

Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətindəki "Listvyajnaya" şaxtasında qəza baş verib.

Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.