"Lion" - "Marsel" oyunu yarımçıq dayandırılıb

 Fransa Liqa 1-də ötən gecə keçirilən 14-cü turun "Lion" - "Marsel" görüşü yarımçıq qalıb.

SalamNews xəbər verir ki, buna yerli komandanın azarkeşləri səbəb olub.

Matçın 5-ci dəqiqəsinddə "Marsel" künc zərbəsi yerinə yetirərkən "Lion" fanatları tribunadan ona tərəf yad əşyalar atıb. Nəticədə yarımmüdafiəçi Dimitri Payetin başına şu qabı dəyib.

Baş hakim Rüddi Büke komandaları meydandan çıxarıb. Daha sonra isə o, matçın yarımçıq dayandırılmasına qərar verib.