Liberman: İranla qarşıdurma an məsələsidir

İsrailin maliyyə naziri Aviqdor Liberman ölkəsinin İranla münaqişəsinin "an məsələsi" olduğunu və bunun çox da uzaqda olmadığını iddia edib. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib.

Liberman Walla News xəbər saytına verdiyi açıqlamasında İsrail və İran arasındakı gərginliyə dair qiymətləndirmələr edib.

Liberman 2015-ci ildə imzalanan nüvə sazişinin yenilənməsi üçün İranla planlaşdırılan danışıqlara toxunaraq "Heç bir diplomatik proses və ya razılaşma İranın nüvə proqramını dayandıra bilməz" deyib.

Açıqlamalarında İranı hədəf alan Liberman "İranla qarşıdurma yalnız an məsələsidir və bu çox da uzaqda deyil" deyə o əlavə edib.

Oktyabrın 18-də İsrailin Kanal 12 televiziyasında yayımlanan xəbərdə İsrail rəhbərliyinin İranın nüvə obyektlərinə hücum imkanlarını artırmaq üçün 5 milyard yeni İsrail şekeli (təxminən 1,53 milyard dollar) məbləğ ayırdığını iddia edilib.