“Leypsiq”in hücumçusu Almaniya Bundesliqasında mövsümün ən yaxşı futbolçusu seçilib

Futbol üzrə Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

SalamNews Bundesliqanın rəsmi saytına istinadən xəbər verir ki, “Leypsiq” klubunun fransız futbolçusu Kristofer Nkunku bu adı qazanıb. O, mükafatı azarkeşlərin, klubların və ekspertlərin birgə qərarı ilə alıb.