"Legiya" azarkeşləri ingiltərəli 12 polisi döyüb

Polşanın "Legiya" klubunun azarkeşləri UEFA Avropa Liqasının qrup mərhələsində "Lester"lə İngiltərədəki V tur matçı zamanı 12 polisi döyüblər.

"Report"un məlumatına görə, Varşava komandasının fanatları yerli tərəfdarların olduqları tribunaya girərək, onlarla dalaşmaq istəyiblər. Amma by zaman onlar hüquq-mühafizə işçilərinin müqaviməti ilə üzləşiblər.

Tərəflər arasında baş vermiş toqquşmada "Legiya"nın 7 fanatı saxlanılıb.

Qeyd edək ki, görüş "Lester"in qələbəsi ilə yekunlaşıb - 3:1. "Legiya"nın yeganə qolunu Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin penaltini qaçırmasından sonra təkrar zərbə ilə Filip Mladenoviç vurub.