Əlcəzairin xarici işlər naziri: “Mərakeşin sionist rejimdən kömək istəməsi təhlükəli və qəbuledilməzdir”

Giperssilka “MEHR”ə istinadən xəbər verir ki, Əlcəzairin xarici işlər naziri Ramatan Ləmarrə bMərakeşi sionist rejimdən kömək istəməsinə görə kəskin tənqid edib:

“Mərakeşin işi o yerə çatıb ki, Təl-Əvivdən kömək istəyir. Bu, təhlükəli və qəbuledilməzdir. Mərakeş terrorçu ünsürlərdən istifadə edərək, Əlcəzairin sabitliyini pozmağa çalışır”.

Xatırladaq ki, Mərakeş liderləri ötən ilin dekabrında sionist rejimlə münasibətlər quracağlarını bəyan etmişdilər.

Qeyd edək ki, Mərakeş və Əlcəzair arasında münasibətlər 2000-ci ildən Qüds məsələsinə görə kəsilib.