Əlcəzairdə müstəqilliyin 60-cı ildönümü münasibətilə 15 minə yaxın məhbus əfv edilib

 Əlcəzairdə 15 minə yaxın məhbus əfv edilib.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, bazar ertəsi Əlcəzair Prezidenti Əbdülməcid Tabun, Müstəqillik Gününün  60-cı ildönümü münasibətilə 5 qərar qəbul edib ki, onlardan biri də 14,914 məhbusun əfv edilməsini özündə ehtiva edir.

Qeyd edək ki, Əlcəzair Ordusunun hava, quru və dəniz qüvvələrinin iştirakı ilə, habelə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə ölkə tarixində ən böyük hesab edilən hərbi paradın keçirilməsinə hazırlıq görülür.