Əlcəzairdə meşə yanğınları nəticəsində 26 nəfər ölüb

Əlcəzairdə bir həftədir davam edən meşə yanğınları nəticəsində 26 nəfər ölüb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri Kemal Belcud verdiyi açıqlamada, Tunis sərhədindəki et-Tarif şəhərində 24, şimaldakı Setif şəhərində isə 2 nəfərin öldüyünü bildirib.

Son həftələrdə ölkədə hava temperaturunun 47 dərəcəyə qlaxdığı bildirilir. Bu ayın əvvəlindən 106 fərqli nöqtədə meşə yanğınlarının baş verdiyi qeyd edilib.

Hadisə nəticəsində 2400 hektar meşə sahəsi külə dönüb.

Yanğın bəzi bölgələrdə yaşayış məntəqələrinə yaxınlaşdığından 350-dən çox ailə təxliyə edilib.