Əlcəzair rəsmi Dəməşqi Ərəb Dövlətləri Liqasına qəbul etməyə çağırıb

Əlcəzair hökuməti Ərəb Dövlətləri Liqasının zirvə toplantısının keçirilməsi fonunda Suriyanın da bu liqaya qayıtmasını istəyib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Əlcəzairin xarici işlər naziri Ramdan Lamamra Suriyanın əl-İxbariyyə telekanalına müsahibəsində deyib.

O, Əlcəzairdə keçiriləcək Ərəb Dövlətləri Liqasının zirvə toplantısı öncəsi verdiyi müsahibədə qeyd edib ki, ölkəsi rəsmi Dəməşqin liqaya qayıtmasını dəstəkləyir və ümid edir ki, Suriyanın qayıtması baş tutacaq.

Suriyanı ƏDL-in banilərindən biri kimi qiymətləndirən Əlcəzair naziri qarşıda gələn liqanın toplantısında Suriyanın da iştirakına ümidvar olduğunu ifadə edib.

Qeyd edək ki, rəsmi Dəməşqin ƏDL-dəki üzvlüyü 2012-ci ildə Dohada keçirilən zirvə toplantısında dayandırılıb. Əlcəzair bu üzvlüyü yenidən bərpa etməyə çalışır.