Əlcəzair: Biz Suriyanın Ərəb Liqasına qaytarılmasını tələb edirik

Operativ.tv-nin Rasthaber -ə istinadən verdiyi məlumata görə, Əlcəzairin xarici işlər naziri Ramtane Lamamra ərəblərin birləşməsini və Suriyanın Ərəb Liqasına qayıtmasını tələb edən ölkəsinin mövqeyini yeniləyərək, Suriyanın qurucu üzv olduğunu bildirib.

Əlcəzairin xarici işlər naziri ölkəsinin Beyrut sammitində ərəb ölkələrinin fikirlərini nəzərdən keçirmək və dinləmək üçün çalışdığını və Suriyanın Ərəb Liqasına qayıtması ilə bağlı razılığa gəlməyə ümid etdiyini açıqlayıb. Əlcəzairin Əl-Şuruk qəzetinin xəbərinə görə, Lamamra Beyrutda keçirilən ərəb xarici işlər nazirlərinin toplantısına qatılarkən: “Əlcəzair ərəblərin ortaq iradəsini birləşdirmək və kollektiv çətinlikləri aradan qaldırmaq və gücləndirmək üçün əlindən gələni edəcək” deyib.

Xatırladaq ki, 2011-ci ildə böhran zamanı Suriyada müharibəyə dəstək verən ərəb ölkələri indi Suriyanın Ərəb Liqasına qayıtması üçün intensiv təşəbbüsə başlayıblar.