Lavrov: “Qərb Rusiyaya total müharibə elan edir”

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Qərb bizə, bütün Rusiyaya qarşı total müharibə elan edib. Artıq heç kim bu faktı gizlətmir" deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov region liderləri ilə keçirdiyi görüşdə Ukrayna-Rusiya müharibəsi ilə bağlı açıqlamalar verib. Bir daha Qərbi hədəf alan nazir Lavrov, "Qərb ölkələri getdikcə daha çox bizə nəzarət etməyə çalışırlar. Birtərəfli iqtisadi sanksiyalardan qlobal mediaya, tamamilə aldadıcı təbliğata qədər müxtəlif vasitələrdən istifadə edirlər" – deyə vurğulayıb.
Lavrov qeyd edib ki, bəzi hökumətlər tərəfindən təbliğ edilən “rus fobiyası” indiyədək görünməmiş səviyyəyə yüksəlib. "Qərb bizə, bütün Rusiyaya qarşı total müharibə elan edib. Artıq bu faktı heç kim gizlətmir" - deyən Lavrov Rusiyanın bu vəziyyətə bütün vətənpərvərləri birləşdirərək və Rusiyanın xarici siyasətinə xalq dəstəyini artırmaqla cavab verdiyini bildirib. Rusiyanın və ölkəyə aid hər şeyi ortadan qaldırma mədəniyyətinin absurd həddə çatdığını dilə gətirən Lavrov, "Çaykovski, Dostoyevski, Tolstoy, Puşkin kimi klassiklər qadağan edilib. Bu gün mədəniyyətimizi təmsil edən milli mədəniyyət və incəsənət xadimləri də cəzalandırılır. Ümumiyyətlə, deyə bilərəm ki, bu vəziyyət uzun müddət davam edəcək.” – deyə bildirib.