Lavrov Fələstinli jurnalist Əbu Aqilənin qətlinin araşdırılmasını dəstəkləyir

Operativ. tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Şirin Əbu Aqilənin ölümü ilə bağlı Fələstinə başsağlığı verib və bu ölkə rəhbərliyinin qətlin araşdırılması tələbini dəstəkləyib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Lavrov bu gün Fələstinin mülki işlər naziri Hüseyn Şeyx ilə görüşüb.
“Lavrov mayın 11-də fələstinli jurnalist Şirin Əbu Aqilənin faciəvi ölümü ilə bağlı səmimi başsağlığı verib və Fələstin administrasiyasının qətllə bağlı ciddi və qərəzsiz araşdırma tələbini dəstəkləyib” - deyə məlumatda bildirilir.