Lavrov-Blinken görüşü başa çatdı

İsveçrənin Cenevrə şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başa çatıb.

"Unikal" xəbər verir ki, danışıqlar 1,5 saat davam edib. "Unikal" RİA Novosti-yə istinadən xəbər verir ki, təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş zamanı Rusiya ilə ABŞ və NATO münasibətləri, Ukraynada vəziyyət, Moskvanın NATO-nun təhlükəsizlik təminatı ilə bağlı verdiyi təkliflər və s. müzakirə edilib.

Danışıqlardan sonra Lavrov və Blinkenin ayrı-ayrılıqda media nümayəndələri üçün brifinq keçirəcəyi elan olunub.