Lavrov: ABŞ bütün dünyada bioloji laboratoriyalar yaratdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı "Russia Today" telekanalının verilişində çıxış edərək, ABŞ-ı bütün dünyada bioloji laboratoriyalar tikməkdə ittiham edib.
Operativ.tv SHAFAQNA TURKEY-yə istinadən verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı günü "Russia Today" telekanalının verilişində çıxış edərək, ABŞ-ı dünyada bioloji laboratoriyalar yaratmaqda ittiham edib.
Lavrov bildirib ki, ABŞ Pentaqonun Təhlükələrin Qarşısının Alınması Agentliyi adlı bölməsi vasitəsilə bütün dünyada bioloji laboratoriyalar yaradıb.
“Pentaqon hərbi bioloji laboratoriyalar şəbəkəsinin inkişaf etdirilməsində ümumilikdə postsovet məkanına və Avrasiyaya xüsusi diqqət yetirir”. 
"Əvvəldən biz bu laboratoriyalarda aparılan təcrübələrin tamamilə dinc və günahsız olduğuna şübhə ilə yanaşırdıq." - deyə Lavrov əlavə edib.