Lapid: İsrailə onminlərlə yəhudinin gəlişini gözləyirik

Rusiya və Ukraynadakı son hadisələrin fonunda İsrail yəhudi mənşəli onminlərlə yeni miqrantın gəlişini gözləyir.

Operativ.tv Az.shafaqna.com-a istiandən xəbər verir ki, bu barədə İsrail baş naziri Yair Lapid bildirib.

“Rusiya və Ukraynadakı son hadisələrdən sonra maliyyə naziri Aviqdor Liberman və inteqrasiya naziri Pnina Tamano-Şata bu gün miqrasiya absorbsiyasına 90 milyon şekelin (təxminən 25 milyon dolların) əlavə edilməsinə dair qərarı qəbul təqdim edəcəklər. Biz yaxın aylarda onminlərlə yeni yəhudinin gəlişini gözləyirik”, – deyə o qeyd edib.

Xatırladaq ki, daha öncə Lapid İsrailə məxsus “El Al” avia şirkətini Rusiyaya olan reyslərin sayını artırmağa çağırmışdı.