Əl-Əzhər və Quranın sadə təfsirini nəşr etmək zərurəti

Misirli yazıçı və qəzet köşə yazarı Yusif Amir məqaləsində yazıb: "Bugünkü cəmiyyətdə Əl-Əzhərin ümumi və xas insanların asanlıqla başa düşə biləcəyi sadə və səlis təfsiri nəşr etməsi zəruridir. Bu təfsirdə islami mötədilliyi göstərməlidir.

ABNA24 xəbər verir, Misirli yazıçı və qəzet köşə yazarı Yusif Amir yazıb: "Vətəni, kimliyi, sivilizasiyanı, müxtəlif sahələrdə tərəqqini qorumaq bizdən bilikli insanlar yetişdirməyi və ağıllı cəmiyyət qura bilməyi tələb edir. Misir insanı köklü sivilizasiyaya malik insandır. Onun sivilizasiyasının bir hissəsi Allaha, qeybə və peyğəmbərliyə inanmağa borcludur. Bu, xalqın, xüsusən də Misirin dini şəxsiyyətlərinin tərəfindən illər və əsrlər boyu ölkə üçün yayılmış qiymətli bir sərvətdir."

O, qeyd edib ki, Müsəlmanların işlərində islahat Qurani-Kərimi və Peyğəmbərin (s) həyat tərzini düzgün başa düşməkdən keçir. Buna nail olmaq Misir dininin və cəmiyyətinin təhlükəsizliyinə və sağlamlığına töhfə verə bilər. Bilinməlidir ki, din və vətən iki ayrı şey deyil. Müasir teoremlər Quran və Sünnənin düzgün başa düşülməsini zəruri edir.

O, həmçinin İslamın əsas mənbəyi olan Qurani-Kərimin bu dini elmlər mərkəzində ən yaxşı şəkildə Əl-Əzhər tərəfindən öyrədildiyini vurğulayıb. Amma yaxşı olar ki, bu mərkəz Quran oxuyanların ayələri daha yaxşı və düzgün başa düşmələri üçün yazılı və elektron Qurani-Kərimi haşiyələrində qısa təfsirlə nəşr etsin. Çünki hazırda ekstremist qruplar internet və mobil telefonlarda tətbiq olunan proqramlardan Quran ayələrinin yanlış təfsirlərini dərc etmək üçün istifadə edirlər. Bu yolla gəncləri özlərinə cəlb edir, onların arasında ekstremist ideyaları yayırlar.

Yusif Amir həmçinin yazıb ki, bugünkü cəmiyyətdə Əl-Əzhərin ümumi və xas insanların asanlıqla başa düşə biləcəyi sadə və səlis təfsiri nəşr etməsi zəruridir. Bu təfsirdə islami mötədilliyi göstərməlidir.