"Əl Əqsa" batalyonu yerli orqanlara qarşı partizan müharibəsi elan edib

"Fəth" təşkilatına bağlı "Əl Əqsa" batalyonu Cəbəl Nablus (Samiria) şəhərində yerli orqanlara qarşı müharibə elan edib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, "Fəth" təşkilatına bağlı "Əl Əqsa" batalyonu Cəbəl Nablus (Samiria) şəhərində yerli orqanlara qarşı partizan müharibəsi elan edib.

Bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, bu qrup həm İsrail ordusuna, həm də yerli idarəetmə orqanlarına qarşı müharibə elanı edib və bu barədə təbliğat-təşviqat vərəqləri paylayıb.

Əsas hədəflərdən biri Cəbəl Nablusda icra nümayəndəsi Yosi Daqandır.

Vərəqlərdə onun adı qeyd olunaraq, öldürüləcəyilə bağlı təhdidlər edilib.