Əl-Husi: Hərbi koalisiyalar regionda sabitlik yaratmır

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatı Siyasi Şurasının üzvü bəyan edib ki, regionda heç bir hərbi koalisiya sabitliyə gətirib çıxarmayacaq, əksinə, daha çox müharibələrə səbəb olacaq.
Ənsarullah Hərəkatının siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi Twitter hesabından verdiyi açıqlamada, "Heç bir hərbi ittifaq regionda sabitliyə səbəb olmayacaq, əksinə, daha çox müharibələrə səbəb olacaq. Regionda sabitlik üçün hərbi koalisiyalara gərək yoxdur. Bu bölgədə birlik və həmrəylik iddiasında olanlar, millətləri məhv edən, terror cinayətləri törədənlərlə müttəfiqdirlər”.
Məhəmməd Əli əl-Husi bu sözləri, körfəzdəki ərəb ölkələrinin, xüsusən də Səudiyyə Ərəbistanının ABŞ prezidenti Co Baydeni qarşılamaq üçün təqdimatından sonra deyib. 
Qeyd edək ki, ABŞ prezidentinin Ciddədə Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak etməsi və Səudiyyə Ərəbistanının kralı və vəliəhd şahzadəsi ilə görüşü planlaşdırılır.