“Əl-Əhrar” qrupu İraqın şimalında Türkiyə hərbi bazasına hücumu üzərinə götürüb

“Əhrar əl-İraq” qrupu Türkiyə hərbi qüvvələrinin olduğu Zlikan bazasına hücumu üzərinə götürüb.

Operativ.tv SalamNews -a istinadla xəbər verir.

Bildirilib ki, cari ayda iki dəfə Zlikan hərbi qərargahına hücum edilib ki, yenicə “Əhrar əl-İraq” qrupu bu hücumları üzərinə götürüb.

Qeyd edək ki, cari ayda İraqın şimalında yerləşən Zlikan hərbi bazası iki dəfə PUA və raketlərlə hədəfə alınıb.

Bu hücumlar Türkiyə Ordusunun İraqın şimalında hərbi əməliyyata başlaması fonunda həyata keçirilib.