Əl-Cəzirə: İran İsrailin sui-qəsdlərinə cavab olaraq 20 sionisti öldürüb

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, “Qüds Qüvvələri”nə yaxın qeyri-rəsmi İran mənbəsi bildirib ki, İnqilab Keşikçiləri və İran təhlükəsizlik qüvvələri işğal olunmuş Fələstinin daxilində və xaricində dəfələrlə İsrail komandirlərini hədəfə alıblar.
Əl-Cəzirə xəbər kanalı, "İran niyə komandirlərinin İsrail tərəfindən öldürülməsinə görə qisas almır?" sərlövhəli xəbərində o, hərəm mühafizəçilərindən olan Şəhid Xudayinin öldürülməsinə toxunaraq yazıb: “İnqilab Keşikçiləri Korpusunun keçmiş komandirlərindən biri ölkəsinin İsrailin sui-qəsdlərinə göz yummadığını və Suriyanın müttəfiqləri vasitəsilə Qolan təpələri və ya cənubi Livan və Fələstində bu sui-qəsdlərə birbaşa və ya dolayısı ilə cavab verdiyinə inanır”.
Qüds Qüvvələrinə yaxın olan qeyri-rəsmi İran mənbəsi deyib: “İnqilab Keşikçiləri Qvardiyası və İran təhlükəsizlik qüvvələri dəfələrlə işğal olunmuş Fələstinin daxilində və xaricində İsrail komandirlərini hədəfə alıblar”. Adının çəkilməsini istəməyən bu mənbə bu açıqlamaları verib: “İranın İsrail komandirlərinə qarşı birbaşa əməliyyatları nəticəsində indiyədək 20 israilli öldürülüb. Onlardan bəziləri aşağıdakılardır:
45 yaşlı Mossad zabiti Fehim Henavinin ölümü 4 dekabr 2020-ci ildə Təl-Əvivin cənub-şərqindəki Ginaton rayonunda bir kəsişmədə baş verib. Bu əməliyyat iranlı alim Muhsin Fəxrizadənin şəhadətindən 7 gün sonra baş tutub.
Ötən il İran da Fəxrizadənin qətlinə cavab olaraq Henavidən kənarda, Tel-Əvivdə İsrailin daha iki zabitini öldürüb.
42 yaşlı general Şaron Aseman 2021-ci il yanvarın 1-də Fələstinin mərkəzindəki Netanya şəhərindəki hərbi bazada öldürülüb. Bu general İsrail ordusunda Ən-Nahal briqadasının komandiri idi.
Martın 13-də İranın İraqın Ərbil şəhərindəki Mossad qərargahına raket zərbəsi endirməsi nəticəsində Mossad-ın baş qərargah rəisinin müavini Qabriel Talker 12 nəfərlə birlikdə həlak olub”.
Əl-Cəzirə davamında yazıb: “İran İsrail daxilində bir çox əməliyyatların arxasında olduğunu iddia etməkdən qorxmur.
İsrail ünsürlərini hədəf alan başqa əməliyyatlar da var ki, İran bunun məsuliyyətini öz üzərinə götürməyib, lakin İsrail bunun arxasında İran olduğunu çox gözəl bilir”.