KXCP: Mehman Hüseynova bəraət verilməli və dərhal azadlığa buraxılmalıdır.

KXCP: Mehman Hüseynova bəraət verilməli və dərhal azadlığa buraxılmalıdır.

KXCP rəhbərliyi Emin və Mehman Hüseynovlara anaları Firəngiz xanımın vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir.

Başsağlığında bu ailəyə qarşı haqsızlıqlar və hadisələrin gedişatının bütün ölkə ictimaiyyəti kimi KXCP-nin də diqqət mərkəzində olduğu deyilir.

Müəlliflər xatırladırlar ki, QHT rəhbəri E.Hüseynov bəzi hakimiyyət nümayəndələrinə sərgilədiyi tənqidi mövqeyə görə təqib və təzyiqlərə məruz qalaraq ölkəni tərk etməli olub.

Daha sonra həmin basqı və təzyiqlər qardaşı Mehman Hüseynova yönəldilib. "Dəlilsiz- sübutsuz, bir polis rəisinin ifadəsi ilə M.Hüseynovun da həbsə alınması artıq hüquqi deyil, qisasçılıq motivlərindən xəbər verir.

Başsağlığında vurğulanır ki, Firəngiz Hüseynova xəstələndiyi zaman oğlu M.Hüseynovla görüşmək istəsə də bu görüşə imkan yaradılmayıb.

"Biz baş verən hadisələri qanunun, hüququn təzahürü yox, qisasçılıq, müxtəlif, fərqli fikirli, mübariz insanları əzmək kimi qiymətləndirir və qınayırıq. Bunun milli və dini adət-ənənəyə dabandabana zidd olan ləyaqətsiz bir psixoloji işkəncə üsulu olması qənaətindəyik.

Ümid edirik ki, fəsadları ölçülə bilinməyən belə halların təkrarlanması baş verməyəcək və hesab edirik ki, M.Hüseynova bəraət verilməli və dərhal azadlığa buraxılmalıdır".

Facebook