Küveyt 7 ildən sonra İrana səfir təyin edib

Operativ.tv türk mediasına istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən Tehranda vəzifəsinə başlayan Küveytin səfiri Bədr Abdulla əl-Münihi qəbul edib. Görüşdə Küveytin yeni səfiri əl-Münih etimadnaməsinin surətini Əmir Abdullahiyana təqdim edib. Hüseyn Əmir Abdullahiyan ötən ay verdiyi açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin Tehrana səfir göndərmək qərarına gəldiyini demişdi.

Xatırladaq ki, bu Küveytin İrandakı səfirliyinin fəaliyyətinə 7 ildən sonra ara verərək başlayan ilk səfirdir.