Kürd partiyasına rəqib gəlir

Türkiyədə yeni kürd partiyası yaratılacaq. 

Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, yeni partiya Xalqların Demokratik Partiyasına (HDP) rəqib olacaq. 

Artıq Türkiyədə Bərzani kursunda siyasət aparan 3 təşkilat Kürdüstan Demokrat Partiyasının yaradılması üçün apardıqları işləri başa çatdırıb. 12 Şimali İraqda toplaşan KDP hərəkatının üzvü Sertaç Bucak, İştirakçı Demokratiya Partiyasının keçmiş sədri Mehmet Emin Kardaş ilə Türkiyə-Kürdüstan Demokrat Partiyası və təşkilat nümayəndələri 9 aylıq toplantı prosesindən sonra Kürdüstan Demokrat Partiyasını yaratmaq qərarına gəlib.

Nizamnamə işini tamamlayan yeni quruluşun üzvləri Diyarbəkirdə toplanıb. HDP-li deputatların ritorikaları ilə regionda xəndək və barrikada siyasətini tənqid edən kürd siyasətçilər region insanının alternativ partiya arzusuna cavab olacaq bir siyasət izləyəcəklərini qeyd ediblər. Təşkilati işləri bitirdikdən sonra Diyarbəkirdə bir mitinq keçirməyi planlaşdıran yeni quruluşun üzvləri HDP-dən də partiyalarına keçidləri gözləyir. Əsas təşəbbüskarlardan olan Sertaç Bucak bayramdan sonra Daxili İşlər Nazirliyinə müraciət edəcəklərini bildirib.